Türkiyə logistika marşrutlarını genişləndirir
Türkiyə mümkün Hörmüz boğazı bağlanması riskinə qarşı quru və dəniz logistik marşrutlarını aktiv şəkildə inkişaf etdirir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Hürriyet” qəzetinə verdiyi müsahibədə bildirib.
Nazirin sözlərinə görə, ölkə “Orta Dəhliz” və “İnkişaf Yolu layihəsi” kimi alternativ nəqliyyat təşəbbüslərini həyata keçirir. Məqsəd, Fars körfəzi ölkələrindən neft və qaz ixracında əsas tranzit risklərini azaltmaqdır.
17:30 19.04.2026
Oxunuş sayı: 56