Ukrayna dəniz platformasından ilk: “Şahed” dronu vuruldu
Ukrayna Silahlı Qüvvələri pilotsuz sistemlər üzrə bölmələri tərəfindən ilk dəfə dəniz üzərində yerləşən platformadan buraxılan dron-ələkeçirici vasitəsilə “Şahed” kamikadze dronunun vurulduğunu açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat 412-ci Nemesis Briqadası tərkibində fəaliyyət göstərən dəniz pilotsuz kompleksləri diviziyasının operatorları tərəfindən həyata keçirilib. Bildirilir ki, bu, dəniz və hava pilotsuz sistemlərinin inteqrasiyasında yeni mərhələ kimi qiymətləndirilir.
Hərbi mənbələrə əsasən, dəniz platformalarından dron-ələkeçiricilərin istifadəsi hava hücumlarına qarşı müdafiə imkanlarını genişləndirir və şəhərlərin qorunmasında əlavə müdafiə qatının formalaşmasına şərait yaradır.
Hədəf kimi göstərilən “Şahed” tipli kamikadze dronların isə Shahed-136 modeli olduğu bildirilir.
17:10 19.04.2026
Oxunuş sayı: 45