Rusiyada 5 strateji obyekt dronlarla vuruldu
Aprelin 18-i Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyanın yanacaq-enerji kompleksinə aid bir neçə obyektə hücum edildiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, kamikadze dronlarla aşağıdakı obyektlər hədəfə alınıb:
Samara vilayətinin Novokuybışevsk şəhərində yerləşən Novokuybışevsk neft emalı zavodu;
Samara vilayətinin Sızran şəhərində yerləşən Sızran neft emalı zavodu;
Sevastopolda yerləşən neft bazası;
Krasnodar diyarının Tixoretsk şəhərində yerləşən neft bazası;
Leninqrad vilayətində yerləşən Vısoçk dəniz limanı (burada “Lukoyl” şirkətinin neft terminalının yerləşdiyi bildirilir).
Qeyd olunur ki, Ukrayna tərəfinin dron imkanlarını genişləndirməsi və 1000–1500 km məsafələrə uçuşların daha tez-tez həyata keçirilməsi son dövrlərdə müşahidə olunur.
15:20 19.04.2026
Oxunuş sayı: 47