PUA-lara qarşı yeni partlayan mərmilər istifadəyə verilir
ABŞ pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə imkanlarını gücləndirmək məqsədilə AH-64 Apache üçün nəzərdə tutulmuş xüsusi 30 mm-lik XM1225 APEX qəlpəli-fuqas mərmilərinin tədarükünü sürətləndirir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ABŞ ordusu bu sursatların istehsal həcminin artırılması üçün "Northrop Grumman" şirkətinə müraciət edib.
Qeyd olunur ki, proqramlaşdırıla bilən APEX mərmiləri təmassız partladıcı ilə təchiz edilib. Onlar hədəfə yaxın məsafədə partlayaraq geniş qəlpə yayılma zonası yaradır və bu da pilotsuz uçuş aparatlarının məhv edilmə ehtimalını əhəmiyyətli dərəcədə artırır.
15:10 19.04.2026
Oxunuş sayı: 51