Rusiya İrana xəbərdarlıq edib
Rusiyanın adı açıqlanmayan rəsmisi İrana xəbərdarlıq edərək bildirib ki, ABŞ Müharibə Nazirliyi (Pentaqon) diplomatik açıqlamalara baxmayaraq, bölgədəki hərbi qüvvələrinin sayını sürətlə artırır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, təxminən 50 min hərbçinin, o cümlədən xüsusi təyinatlı bölmələrin və 82-ci hava desant briqadasının bölgədə yerləşdirilməsi birbaşa müdaxilə üçün hazırlıq kimi qiymətləndirilir.
Bəyanatda, həmçinin qeyd olunub ki, Yaxın Şərqdəki bazalarda 500-ə yaxın təyyarənin yerləşdirilməsi münaqişənin başlanğıcında hava üstünlüyü əldə etmək məqsədi daşıyır.
Rusiya əlavə edib ki, nüvə aviadaşıyıcı "USS George H.W. Bush" və digər hərbi gəmilərin hərəkəti İran ətrafında dəniz mühasirəsinin gücləndirilməsi kimi dəyərləndirilir.
Məlumata görə, bu, qüvvələrin bölgəyə çatma vaxtının elan olunmuş atəşkəs müddəti ilə üst-üstə düşməsi vəziyyətin daha da gərginləşə biləcəyi ehtimallarını artırır.
12:15 19.04.2026
Oxunuş sayı: 53