Azərbaycan Türk Ocağı 100 illik tarixi böyük tədbirlə qeyd etdi



Sonra çıxış üşün söz “Ədəbiyyat” qəzetinin baş redaktoru, professor Azər Turana verildi. A.Turan bildirdi ki, bu gün keçirilən tədbir cənab Prezidentin Birinci Türkoloji Qurultayının 100 illik yubileyinin keçirilməsiyə bağlı imzaladığı sərəncam baxımından müstəsna əhəmiyyət daşıyır:
- Ortaq dil, ortaq mədəniyyət, ortaq dəyərləri birləşdirən Türkoloji Qurultay keçirilmə yeri olaraq niyə məhz Bakı seçilmişdi? Bakı həmin dövrdə bütün türk dövlətləri arasında həm elmi potensialına görə fərqlənirdi, həm də coğrafi mövqeyinə görə mərkəz idi. Nəzərə alaq ki, Türkoloji Qurultay təkcə humanitar hadisə deyildi, həm də ictimai-siyasi hadisə idi. Bu Qurultay iki dövlət başçısının, iki fərqli dövlət quruluşu təmsil edən Mustafa Kamal Atatürk və Stalinin qarşı-qarşıya dayandığı bir tədbir idi. Məlumdur ki qurultaya Türkiyədən nüfuzlu şəxslər qatılmışdı. Qurultay günlərində Əli bəy Hüseynzadə və Fuad Köprülü mehmanxanaa qalırdılar. Səməd Ağamalıoğlu gedir onların görüşünə, məqsəd bu şəxslərin layın qrafikasına keçid haqqında fikirlərini öyrənmək idi. Türkoloji Qurultay keçirilsə də Sovet imperiyası ortaq türk əlifbasının yaradılmasını istəmirdi, bilirdi ki belə bir əlifba türk xalqlarının birliyini möhkəmləndirəcək. Amma Əli bəy də, Fuad Köprülü də ictimai xadim idilər, fikirlərini açıq ifadə etmədilər. Burada sadələşdirilmiş ərəb və latın əlifbası məsələsi müzakirə olunurdu. Məsələn, tatarlar latın qrikasına keçid məsələsində ehtiyat edirdilər və bildirirdilər ki, əlifba dəyişərsə əsrlərə dayanan ədəbi nümunələrin taleyi necə olacaq? Amma Azərbaycanda bu işlər həllini tapdı. Ərəb əlifbasıyla lan ədəb nümunələrimiz latın qrafikası ilə nəşr edildi, sonra yeni əlifba tətbiq ediləndə yenə də ədəbi nümunələr təkrar nəşr olundu və nəhayət kiril əlifbasından latın qrafikasına keçid etdik və yenə də ədəbi nümunələrimiz yeni qrafika ilə nəşr olundu, dövlət xəttiylə. Azərbaycan dövləti hər zaman milli-ədəbi nümunələrimizə sahib çıxıb.
A.Aşırlı qeyd etdi ki, latın qrafikasına keçid məsələsində fikir ayrılıqları olub:
- Türkiyədə latın qrafikasına keçilməsinə tərəddüd edirdilər. Nə yaxşı ki Atatürk təzyqlərə, iradlara baxmayaraq latın qrafikasına keçid qərarı verdi.

Çıxış üçün söz professor Asif Rüstəmliyə verildi. A.Rüstəmli qeyd etdi ki, 100 illik dövrə nəzər saldıqda qurultayın keçirilməsi üçün məhz Azərbaycanın – Bakının seçilməsinin təsadüfi olmadığı qənaətinə gəlirik:
- Latın qrafikasına keçidin ideyası Azərbaycanda doğulub. Bu ideya görkəmli mütəfəkkirimiz, yazıçı-dramaturq Mirzə Fətəli Axundzadəyə məxsusdur. Onun arzusu həyata keçməsə də, ideya olaraq gələcək nəsillərə ötürüldü. Abdulla Əfəndizadənin “latın qrafikası və ona keşidin metodikası”əsəri var, həmçinin o, “Yeni türk əlifbası” kitabının müəllifi idi və bu kitabı nəşr etdirmişdi. Hazırda Milli Kitabxanada həmin kitab qorunub saxlanır. Sovetlərin ilk illərində bu ideyanın gerçəkləşməsinə müqavimət göstərilmədi. 1922-ci ildə Əifba Komitəsi yaradıldı, bir çox ziyalılarımız, şair və yazıçılar, o cümlədən Hüseyn Cavid komitənin üzvü idi. Amma sonra H.Cavid “Kommunist” qəzetində komitənin tərkibindən çıxdığını bildirmişdi. Sovetlərin ilk illərində Azərbaycan Xalq Cümhuriyyətinin bəzi ideyalarına rəvac verilirdi. Məsələn, ədəbi mühakimələr təşkil olunurdu. Yazıçılar, şairlər bir-birilərinin əsərləri barədə fikir bildirir, iradlarını dilə gətirirdilər. Təəssüf ki, sonralar bu “mühakimələr” repressiya dövrünün məhkəmələrinə dönüşdü. 1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi də sovetlərin müsəlman-türk coğrafiyasında rəğbət qazanmaq istəyindən irəli gəlirdi. Məsələn, ondan əvvəl - 1920-ci ildə Şərqşünaslıq Qurultayı keçirilmişdi. 1924-cü ildə Ölkəşünaslıq Qurultayı keçirilmişdi Leninqradda. Əbdürrəhim bəy Haqverdiyev Azəbaycan nümayəndə heyətinin rəhbəri idi. Bu geniş tədbrlərdən sonra Türkoloji Qurultayın keçirilməsi artıq labüd idi. Deyldiyi kimi qurultaya nüfuzlu şəxslər, görkəmli ziyalılar dəvət olunmuşdu. Bununla sovetlər dünyaya özləri haqqında müsbət fikir yaymaq məqsədi güdürdülər. Əli bəy Hüseynzadə qurultaydan sonra İstanbula qayıdarkən Tiflisdə “Yeni fikir” qəzetinə müsahibəsində burada gördüyü yeniliklıri təqdir etdiyini demişdi. Əli bəy Hüseynzadə kimsənin diktəsi, təsiri ilə söz deyəcək şəxs deyildi. Öz müstəqil fikrini ifadə etmişdi. Sovetlər belə bir qurultay keçirməklə göstərmək istəyirdilər ki, baxın, deyirsiniz biz xalqları əsarət altına almışıq, amma yox, elə deyil, görürsünüz, türkoloji qurultay keçirilir, latın qrafikasına keçiddən danışılır, biz xalqların milli dəyərlərinə hörmət edirik və sair. Sözdə belə deyirdilər. Amma türk xalqlarını birləşdirəcək ortaq əlifbanın yaranmasına imkan verilmədi. Üstəlik, 1930-cu ildən başlayaraq ziyalılara qarşı repressiya maşını işə salındı.
A.Rüstəmli qeyd etdi ki, bu gün müstəqil, suveren Azərbaycan dövləti ümumtürk mədəniyyətinin və ana dilimizin əsas qoruyucusudur. Və türk coğrafiyasında bu gün ortaq türk əlifbasına keçid mövzusu getdikcə daha da aktuallaşır, bu istiqamətdə əməli addımlar atılır.

Görkəmli maarifpərvər ziyalı, yazıçı, şair, dramaturq, uşaq ədəbiyyatının görkəmli nümaəndəsi Abdulla Şaiqin nəvəsi Ülkər xanım Talıbzadə babasının da qurucusu olduğu Azərbaycan Tük Ocağının əsas missiyasının türkçülük və maaarifçilik olduğunu vurğuladı və qeyd etdi ki, türkçülük ideyası bu gün də dövlətimiz tərəfindən, ziyalılarımızın simasında davam etdirilir.
Tədbirin sonunda A.Aşırlı Bakı İstanbul Liseyinin rəhbəliyinə bir daha təşəkkürünü bildirərək mənəvi dəyərə malik hədiyyələr təqdim etdi.
11:40 13.02.2026
Oxunuş sayı: 177