Siyarto: Ukrayna qarşıdan gələn Macarıstan seçkilərinə müdaxiləsini davam etdirir
Ukrayna qarşıdan gələn Macarıstan seçkilərinə müdaxiləsini davam etdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto "X"də yazıb.
"Ukrayna Prezidenti Volodimir Zelenski siyasi səbəblərə görə, heç bir texniki maneənin olmamasına baxmayaraq, Drujba boru kəməri vasitəsilə Macarıstana neft tədarükünün yenidən başlamasına icazə verməmək qərarına gəlib. Məqsəd aydındır: qarşıdan gələn seçkilərdən əvvəl enerji təhlükəsizliyimizi təhlükəyə ataraq Macarıstan hökumətini çətin vəziyyətə salmaq. Biz müharibəyə sürüklənməyə, pulumuzu Ukraynaya göndərməyə və Ukraynanın Avropa İttifaqına üzvlüyünə yox deyirik", - o bildirib.
Qeyd edək ki, Macarıstanda yeni hökumətin formalaşdırılması ilə nəticələnəcək parlament seçkiləri aprelin 12-də keçiriləcək.
15:36 13.02.2026
Oxunuş sayı: 503