Chevron və Quantum Energy Partners birləşir
ABŞ şirkətləri Chevron və Quantum Energy Partners rusiyalı “Lukoyl”un xarici aktivlərini birgə almağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Mənbəyə görə, tərəflər razılaşma başa çatdıqdan sonra aktivləri bölüşdürməyi planlaşdırırlar.
“Lukoyl”un xarici aktivləri təxminən 22 milyard dollar dəyərində qiymətləndirilir. Potensial satınalma Avropa, Asiya və Yaxın Şərqdə yerləşən 2 mindən çox “Lukoyl” yanacaqdoldurma stansiyasını da əhatə edə bilər.
Nəzrin Abbas
13:05 07.01.2026
Oxunuş sayı: 2397