Venesuelada 7 günlük matəm elan olundu
Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez ABŞ-nin Prezident Nikolas Maduronu ələ keçirmək üçün keçirdiyi əməliyyat zamanı ölkə hərbçilərinin ölümü ilə bağlı yeddi günlük milli matəm elan edib.
Crossmedia.az bu barədə Reuters-ə istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində təxminən iyirmi Venesuela zabiti həyatını itirib.
3 yanvarda ABŞ Venesuelaya qarşı genişmiqyaslı hərbi əməliyyat keçirərək Prezident Nikolas Maduronu ələ keçirib və Nyu-Yorka gətirib. Venesuela hakimiyyəti bu əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin, eləcə də mülki şəxslərin öldüyünü bildirib.
Qeyd edək ki, bu hadisələr regionda və beynəlxalq miqyasda ciddi reaksiyalar doğurub.
Nəzrin Abbas
12:40 07.01.2026
Oxunuş sayı: 2311