İranda etirazlar davam edir: iki şəhər nəzarətə götürüldü
İranda etirazçılar Abdanan və Malekşahi şəhərlərinə nəzarəti ələ alıblar.
Crossmedia.az bu barədə Fox News-a istinadən xəbər verir.
Məlumata görə, etirazçılar Donald Trampa müraciət edərək dəstək istəyiblər. İran KİV-lərinə əsasən, 2 mindən çox etirazçı saxlanılıb, 36 nəfər həlak olub. Aksiyalar 27 vilayətdə 92 şəhəri əhatə edib.
Qeyd edək ki, ölkə üzrə etirazlar artıq 10 gündür davam edir.
Nəzrin Abbas
09:12 07.01.2026
Oxunuş sayı: 3899