Yaşar Gülər PKK və ona bağlı qruplaşmaları silahı yerə qoymağa çağırıb
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər PKK, PYD, YPG və SDQ terror təşkilatlarına çağırış edərək silahı yerə qoymalarını tələb edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazir bildirib ki, Türkiyə terrorla mübarizəni qətiyyətlə davam etdirir və ölkənin təhlükəsizliyinə təhdid yaradan heç bir silahlı qruplaşmaya güzəşt edilməyəcək.
Yaşar Gülər vurğulayıb ki, bölgədə davamlı sülh və sabitliyin təmin olunmasının yeganə yolu terror təşkilatlarının tam şəkildə tərksilah edilməsidir. Onun sözlərinə görə, Türkiyə bu mövqeyindən geri çəkilməyəcək.
Mehriban İbrahimli
22:12 06.01.2026
Oxunuş sayı: 2915