Ticarət sektorunun tətili Tehran və Şirazda iqtisadi həyatı iflic edib
İranda etirazların 10-cu günündə Tehran və Şiraz şəhərlərində ticarət sektorunun nümayəndələri mağazalarını bağlayaraq kütləvi tətilə başlayıblar. Nəticədə paytaxtın əsas ticarət bölgələri, qızıl bazarı, eləcə də Şirazdakı iri ticarət mərkəzləri faktiki olaraq fəaliyyətini dayandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Şahidlərin sözlərinə görə, şəhərlərdə iqtisadi həyat ciddi şəkildə iflic vəziyyətinə düşüb. Təhlükəsizlik qüvvələrinin gücləndirilmiş mövcudluğuna və gözyaşardıcı qazdan istifadə edilməsinə baxmayaraq, etirazlar davam edir və getdikcə hakimiyyətə qarşı iqtisadi təzyiq formasını alır.
Günel Verdiyeva
17:55 06.01.2026
Oxunuş sayı: 2241