Kir Starmer Ukrayna və Venesuela ilə bağlı “ikili standartlar” sualından yayındı
Böyük Britaniyanın baş naziri Kir Starmer Vladimir Putinin Ukraynaya qarşı genişmiqyaslı işğalı ilə ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatı arasında fərqin nədən ibarət olduğu barədə suala birbaşa cavab verməyib.
Crossmedia.az xəbər verir ki,BBC jurnalistinin “Siz dəfələrlə və açıq şəkildə Putinin suveren Ukraynaya hücumunun yanlış olduğunu demisiniz. Bəs ABŞ prezidenti Donald Trampın suveren Venesuelaya hücumu barədə nə deyə bilərsiniz?” sualına cavab verən Starmer mümkün ikili standartlarla bağlı iradı şərh etməkdən yayınaraq bildirib ki, vəziyyət “sürətlə dəyişir” və Londonun hazırda baş verənlərlə bağlı tam məlumatı yoxdur.
Baş nazir Böyük Britaniyanın beynəlxalq hüquqa sadiqliyini vurğulasa da, nəticələr barədə mövqe bildirməzdən əvvəl “bütün faktları toplamaq”, eləcə də ABŞ prezidenti və müttəfiqlərlə məsələni müzakirə etmək istədiyini qeyd edib.
Nastya Qəniyeva
17:50 06.01.2026
Oxunuş sayı: 2486