Qazaxıstanda Ukrayna PUA hücumlarını dəstəkləyən bəyanatlarla bağlı cinayət işi açılıb
Qazaxıstanda Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) KTK-nın infrastrukturuna hücumlarını dəstəkləyən açıqlamalarla əlaqədar cinayət işi başlanıb. Buna səbəb hakim “Amanat” partiyasından olan deputatların müraciətləri olub.
Crossmedia.az xəbər verir ki, deputatlar sosial şəbəkələrdə bu cür hücumları dəstəkləyən və onlara çağırış edən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır.
Türkan Kərimli
17:30 06.01.2026
Oxunuş sayı: 2317