Türkiyənin ana müxalifət lideri Maduronun həbsini “banditizm” adlandırıb
Türkiyənin əsas müxalifət partiyasının lideri Özgür Özel ABŞ-nin Venesuela prezidenti Nikolas Maduroya qarşı həyata keçirdiyi addımları kəskin tənqid edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Özgür Özelin sözlərinə görə, Maduro gecə saatlarında həyat yoldaşı ilə evində olarkən saxlanılıb və daha sonra zorla ABŞ-yə aparılıb. Müxalifət lideri baş verənləri bütün beynəlxalq nizamı təhdid edən “banditizm” kimi qiymətləndirib.
O bildirib ki, beynəlxalq ictimaiyyət bu cür hərəkətlərə qarşı vahid mövqe nümayiş etdirməlidir. Özel vurğulayıb ki, “Amerikanın qurduğu nizam dünya nizamı hesab edilə bilməz”.
Nəzrin Abbas
16:35 06.01.2026
Oxunuş sayı: 2732