Aİ Maduro və Delsi Rodrigezin legitimliyini tanımadığını açıqlayıb
Avropa İttifaqı Venesuelada hazırkı hakimiyyətin legitimliyini tanımadığını bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının sözçüsü Anita Hipper Brüsseldə keçirilən brifinqdə bildirib ki, Aİ nə Venesuela prezidenti Nikolas Maduronu, nə də prezident səlahiyyətlərini icra edən Delsi Rodrigezi legitim dövlət başçısı hesab edir.
Onun sözlərinə görə, Delsi Rodriges prezident səlahiyyətlərini icra edən kimi and içsə də, hazırkı Venesuela hakimiyyəti mandatını demokratik dəyişiklik tələblərinə cavab verməyən seçkilər əsasında əldə edib.
Anita Hipper qeyd edib ki, Avropa İttifaqı bu mövqeyinə baxmayaraq, Venesuela hakimiyyət orqanları ilə “məhdud əlaqələri” davam etdirəcək.
“Aİ nə Nikolas Maduronu, nə də Delsi Rodrigezi legitim prezident hesab edir. Buna baxmayaraq, biz Venesuela hakimiyyəti ilə məhdud formatda əlaqə saxlayacağıq”, – deyə Avropa Komissiyasının sözçüsü vurğulayıb.
16:30 06.01.2026
Oxunuş sayı: 2500