Vaşinqtonun Kiyevə limitsiz dəstəyi real deyil
ABŞ senatoru Marko Rubio bildirib ki, Vaşinqtonun Ukraynaya "limitsiz və məhdudiyyətsiz" dəstək verməsi real görünmür.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, hazırkı administrasiya bu cür açıq çek siyasətinin mümkün olmadığını uzun müddətdir vurğulayır.
Rubio qeyd edib ki, Ukraynaya yardım bundan sonra daha çox nəzarət mexanizmləri və siyasi müzakirələr çərçivəsində davam etdiriləcək. ABŞ Konqresindəki fikir ayrılıqları və ölkədaxili iqtisadi narahatlıqlar da yardımın həcminə təsir edən əsas amillər kimi göstərilir.
Nigar Yahyazadə
11:26 03.12.2025
Oxunuş sayı: 951