İsraildə silahsız sivil insan qalmayacaq - hər kəs silahlandırılır
İsrailin ekstremist nazirləri İtamar Ben-Gvir və İsrael Katz İsrail sakinlərinin silah icazəsi alması üçün yeni şərtləri təsdiqləyiblər.
Crossmedia.az bu barədə İsrailin "Kanal 14" telekanalına istinadən xəbər verir.
Bu addım əlavə 10.000 sakinin qanuni olaraq silahlanmasına imkan verəcək.
Ben-Gvir hakimiyyətə gəldikdən bəri şəxsi silah icazələrinin sayı yüz minlərlə artAıb. O, sakinlərin silahlanmasını daha da artırmaq niyyətindədir.
"Al-Qasatal" agentliyinin məlumatına görə, bu, əslində fələstinlilərin tədricən, sistematik şəkildə ö*ldürülməsini sürətləndirəcək çünki bu silahlar Fələstin şəhər və kəndlərinə hücumlarda, qırğınlar və qətllərdə istifadə etmək üçün olunacaq.
17:31 02.12.2025
Oxunuş sayı: 801