ExxonMobil “Qərbi Qurna-2”də Lukoil-in payını almaq istəyir
İraq hökuməti ABŞ-nin ExxonMobil şirkətinin ölkənin cənubunda yerləşən “Qərbi Qurna-2” neft yatağında Lukoil-ə məxsus payı almaqda maraqlı olduğunu təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Agentliyə danışan yüksək vəzifəli iraqlı rəsmii bildirib ki, Exxon hökumətin Rusiya şirkətinin əvəzinə əsas namizədidir:
“Exxon – bizim üstün seçimimizdir. Şirkət bu cür böyük və mürəkkəb yatağı idarə etmək üçün kifayət qədər güc və təcrübəyə malikdir.”
“Qərbi Qurna-2” dünyanın ən iri neft yataqlarından biri sayılır və layihədəki dəyişikliklərin İraqın neft istehsalına təsir etməməsi üçün danışıqlar davam etdirilir. Lukoil isə hələlik payın satışı ilə bağlı rəsmi açıqlama verməyib.
Fatimə Məmmədova
16:54 02.12.2025
Oxunuş sayı: 1275