Ukrayna Təhlükəsizlik Xidməti Britaniya vətəndaşını ifşa edib
Ukraynanın Təhlükəsizlik Xidməti Ukrayna hərbçilərini hazırlayan Britaniya təlimatçısının eyni zamanda Rusiya xüsusi xidmət orqanlarına işlədiyini müəyyən edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, söhbət Böyük Britaniya vətəndaşı Ross Devid Katmordan gedir.
Məlumata görə, Katmor 2024–2025-ci illərdə Rusiya üçün tapşırıqlar yerinə yetirib və bir sıra tanınmış ictimai-siyasi fiqurlar — İrina Farion, Andrey Parubiy və Boris Ganulun qətlinə əlaqədə şübhəli bilinir.
Ukraynanın Təhlükəsizlik Xidməti bildirir ki, o, Ukrayna ərazisində kəşfiyyat aparıb, diversiya hazırlıqları görüb və Rusiya tərəfindən sifariş edilən silahların ölkəyə gətirilməsi və paylanmasında iştirak edib. Bu silahlar sonradan qətllərin törədilməsində istifadə olunub.
Şübhəli saxlanılıb və hazırda həbsdədir.
Nigar Yahyazadə
16:28 02.12.2025
Oxunuş sayı: 1041