Ermənistanda kilsə qalmaqalı: Arşak uzun illər tənqidlərin hədəfi olub
Erməni mediasının məlumatına görə, uzun illər ərzində Eçmiədzin katibliyinin rəhbəri Arşak, Kotayk yeparxiyasının başçısı, Karamyan arxiyepiskopu Ter Arakelə qarşı Ktriçin (II Qaregin) xəbəri və göstərişi ilə böhtanlar yayır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Arşakın günahkar və kinli davranışına etiraz edən yepiskopların müraciətinə cavab olaraq Ktriç Nersisyan bildirib ki, “Mən Arşağı vəzifədən uzaqlaşdıra bilmərəm. Arşağı vəzifədən uzaqlaşdırmaq Erməni Kilsəsini məhv etmək demək olardı”.
Xəbərdə vurğulanır ki, Ktriç özünü kilsə ilə eyniləşdirir və ona qarşı yönələn ədalətli tənqidi kilsəyə hücum kimi qəbul edir. Hazırda o, sıravi günahkar şəxsi də kilsə ilə eyniləşdirir. Məqalədə bildirilir ki, bu cür yanaşmalar Kilsənin təmizliyi və xilas olunması üçün ciddi addımların atılmasını tələb edir.
Qeyd olunur ki, Ktriçin Arşak vəzifəsinin ləğvindən sonra məhv ediləcəyini etiraf etməsi həm psixoloji, həm də dini baxımdan böyük əhəmiyyət kəsb edir. Məqalədə həmçinin vurğulanır ki, Kilsənin xilas olunması üçün Arşak və onun kimi şəxslərin fəaliyyətinə son qoyulması vacibdir.
Türkan Kərimli
16:14 02.12.2025
Oxunuş sayı: 908