İrəvanda keçmiş pianino fabriki çökdü
Ermənistanın paytaxtı İrəvanda yerləşən keçmiş Pianino Fabrikası binasının bir hissəsi çöküb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə barədə məlumat bazar ertəsi, yerli vaxtla saat 10:12-də daxil olub.
Hadisə yerinə çatan xilasedicilər müəyyən ediblər ki, üçmərtəbəli binanın – təsərrüfat malları və ərzaq anbarı kimi istifadə olunan hissəsinin – bir bölməsi çöküb.
İlkin məlumata görə, 1 nəfər xəsarət alıb.
Pərvin Hacıyeva
15:48 02.12.2025
Oxunuş sayı: 1011