Peskov: Trampın sülh planı Ukrayna üzrə razılaşmalar üçün yaxşı əsas yaradır
Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı təklif etdiyi sülh planını şərh edərək bildirib ki, təqdim olunan sənəd Moskva və Vaşinqton arasında mümkün razılaşmalar üçün “yaxşı başlanğıc nöqtəsi” ola bilər.
Crossmedia.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Peskovun sözlərinə görə, Rusiya danışıqlar prosesinə qarşı deyil, lakin Moskvanın əsas mövqeyi dəyişməz qalır — “xüsusi hərbi əməliyyat” çərçivəsində müəyyən edilmiş məqsədlərə çatmaq. O qeyd edib ki, hər hansı razılaşma Rusiyanın təhlükəsizlik maraqlarını, o cümlədən, gələcəkdə Kiyev tərəfindən mümkün təhdidlərin aradan qaldırılmasını təmin etməlidir.
Kremlin nümayəndəsi əlavə edib ki, Moskva sülhə nail olmaq üçün real və bərabərhüquqlu danışıqları dəstəkləyir, lakin Qərbdən və Ukraynadan gələn təkliflərin çoxu hazırda bu prinsiplərə uyğun deyil. Peskov qeyd edib ki, Trampın sülh planının detalları açıqlanmasa da, Moskva sənədi “müzakirə edilə bilən platforma” kimi görür.
Günel Verdiyeva
15:37 02.12.2025
Oxunuş sayı: 983