Saakaşvili Gürcüstanı Azərbaycanla münasibətləri pozmaqda tənqid edib
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkə hakimiyyətini yük daşımaları ilə bağlı problemlər yaratmaqda və bunun nəticəsində Azərbaycanla münasibətlərin pozulmasında ittiham edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o bildirib ki, Tbilisi artıq Azərbaycan üçün yük daşımalarında çətinlik yaradıb və bu addımı Azərbaycan KİV-ləri Moskvanın sifarişi kimi qiymətləndirir. Saakaşvili qeyd edib ki, "Rusiya Kiyevdə Azərbaycan səfirliyini bombalayır, burada isə öz marionetkalarının vasitəsilə kommunikasiya problemləri yaradılır. Azərbaycan jurnalistlərinin yazdıqları isə Bakı rəsmilərinin haqlı narazılığını əks etdirir".
Nigar Yahyazadə
14:42 02.12.2025
Oxunuş sayı: 1509