Macarıstan Gürcüstanın müdafiəsinə qalxdı
Macarıstan Avropa İttifaqının Gürcüstan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməsinə imkan verməyəcək. Bu barədə ölkənin xarici işlər naziri Peter Siyarto açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Budapeşt prinsipial mövqedən çıxış edir: “Biz yaxşı bilirik ki, axına qarşı üzmək nə deməkdir. Liberal meynstrimin xəttinə tabe olmamağın nə qədər çətin olduğunu da bilirik”, - deyə nazir bildirib.
Sevinc Yarməmmədova
14:57 02.12.2025
Oxunuş sayı: 910