Macarıstan XİN: Avropa 2030-cu ildən Rusiya ilə mümkün müharibəyə hazırlaşır
Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Avropa hazırda Rusiya ilə müharibəyə hazırlaşır.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Peter Siyartonun sözlərinə görə, Avropa İttifaqının strateji sənədləri 2029-cu ilə qədər tam döyüş hazırlığına nail olmağı nəzərdə tutur ki, bu da 2030-cu ildən etibarən Rusiya ilə mümkün müharibə riskini artırır.
Siyarto deyib: “Avropa hazırda Rusiyaya qarşı müharibəyə hazırlaşır və növbəti dövrdə əsas sual bütün qitənin tamamilə məhv edilməsinin qarşısını almağın mümkün olub-olmayacağı olacaq”.
Türkanə Məşədiyeva
14:45 02.12.2025
Oxunuş sayı: 951