Aİ: Azərbaycan və Türkiyə ilə “Tramp Marşrutu” layihəsi üzrə danışıqlar davam edir
Avropa İttifaqı ABŞ, Azərbaycan və Türkiyə ilə TRIPP layihəsində mümkün əməkdaşlıq barədə danışıqlar aparır. Bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə ali komissarı Marta Kos açıqlama verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Kos layihənin yalnız bir dəmir yolu xəttindən ibarət olmadığını, geniş regional əməkdaşlıq tələb etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ-nin prosesdə iştirakı xüsusilə vacibdir.
Rəsmisi vurğulayıb ki, Aİ hazırda öz təklifləri üzərində işləyir və Bakı və Ankara ilə intensiv məsləhətləşmələri davam etdirir. Kos qeyd edib ki, TRIPP layihəsi nəqliyyat-logistika xəritəsini dəyişə biləcək strateji təşəbbüslərdən biridir.
O həmçinin bildirib ki, Avropa İttifaqı regiondakı nəqliyyat dəhlizlərinin şaxələndirilməsini prioritet sayır və bu kontekstdə Azərbaycan və Türkiyə ilə tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Türkan Kərimli
14:34 02.12.2025
Oxunuş sayı: 1104