Avropanın müdaxiləsi olmasaydı, Rusiya və ABŞ Ukrayna üzrə çoxdan anlaşardı
Avropanın müdaxiləsi olmasaydı, Rusiya və ABŞ Ukrayna ilə bağlı razılığa çoxdan gələ bilərdi.
Crossmedia.az bu barədə “The Wall Street Journal”a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, fransalı rəsmilərdən biri bildirib ki, ABŞ-nin regiondan uzaqlaşması fonunda Avropa özünü tənha hiss edir və artıq daha çox öz gücünə arxalanmağa məcburdur. ABŞ-nin NATO-dan uzaqlaşması Vaşinqtonun alyansa sadiqliyi ilə bağlı suallar doğurur və Avropa üçün Donald Tramp ilə Vladimir Putin arasındakı yaxınlaşma əlverişli deyil.
Məqalədə qeyd olunur ki, ABŞ-nin təklif etdiyi sülh planının detalları bir çoxlarında belə təəssürat yaradıb: Tramp administrasiyası transatlantik alyansın müdafiəsindən daha çox Rusiya ilə münasibətləri yaxşılaşdırmaqda və iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Günel Verdiyeva
14:29 02.12.2025
Oxunuş sayı: 932