Qazaxıstan elektrik tariflərini 7 illiyinə dondurur
Qazaxıstan hökuməti ölkədə elektrik enerjisi tariflərinin 2025-ci ilin göstəriciləri səviyyəsində olmaqla yeddi il müddətinə dondurulacağını açıqlayıb. Bu qərar enerji sektorunda qiymət artımlarının qarşısını almaq və uzunmüddətli iqtisadi sabitliyi qorumaq üçün qəbul edilib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tariflərin dondurulması həm vətəndaşların sosial yükünü azaltmağa, həm də sahibkarlıq mühitinin daha sabit və proqnozlaşdırıla bilən olmasına xidmət edəcək. Hökumət hesab edir ki, qiymətlərin sabit saxlanılması inflyasiya təzyiqlərini azaldacaq, biznesin xərclərinə müsbət təsir göstərəcək və ümumi makroiqtisadi balansı qoruyacaq.
Türkanə Məşədiyeva
14:25 02.12.2025
Oxunuş sayı: 1373