Ağ Ev Trampın sağlamlıq vəziyyətini açıqladı
Ağ Ev ABŞ Prezidenti Donald Trampın tibbi müayinəsinin nəticələrini ictimaiyyətə təqdim edib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, prezidentin qarın nahiyyəsi və ürək-damar sistemi normal vəziyyətdədir.
Sənəddə vurğulanır ki, Trampın ümumi sağlamlıq vəziyyəti əla olaraq qalır və onun gündəlik fəaliyyətinə heç bir məhdudiyyət yoxdur.
Nigar Yahyazadə
14:20 02.12.2025
Oxunuş sayı: 1245