Ermənistan Milli Məclisinin sədri KİV-ləri tənqid etdi
Ermənistan Milli Məclisinin sədri Alen Simonyan bir sıra erməni KİV-lərini jurnalistikadan uzaqlaşıb yalnız müəyyən siyasi qrupların maraqlarına xidmət edən "klassik propqanda vasitələrinə" çevrilməkdə ittiham edib. O, qeyd edib ki, həmin redaktorlar onun təkliflərini nəzərə almır və canlı yayımlarda sual verməkdən yayınırlar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Simonyan bildirib ki, bu şəxslər artıq jurnalist kimi fəaliyyət göstərmirlər, onların məqsədi yalnız müəyyən şəxslər məsələn, Robert Koçaryan və Serj Sarkisyan üçün xidmət etmək, onlardan maliyyə və ya digər resurslar almaqdır. Sədr vurğulayıb ki, informasiya məkanında onlar artıq mövcud deyillər və gələcəkdə heç bir inqilab onları jurnalist fəaliyyətinə qaytara bilməyəcək, onlar həmişə propqandaçılar kimi qalacaqlar.
Nigar Yahyazadə
14:11 02.12.2025
Oxunuş sayı: 1354