Böyük Britaniya Aİ ilə yenidən yaxınlaşmağa hazırlaşır
Böyük Britaniyanın Baş naziri Kir Starmer açıqlayıb ki, ölkə Avropa İttifaqı ilə yaxınlaşma kursuna başlayacaq, çünki birlikdən çıxış krallığın iqtisadiyyatına mənfi təsir göstərib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Starmer Londonda Birləşmiş Krallığın hazırkı iqtisadi vəziyyəti ilə bağlı çıxış edib. O vurğulayıb ki, Böyük Britaniya “reallığı qəbul etməlidir”.
Hökumət başçısının sözlərinə görə, mövcud Brexit sazişi ölkə iqtisadiyyatına ciddi zərər vurub və iqtisadi dirçəliş üçün Londonun gərginlikləri azaltması, Aİ ilə daha sıx əməkdaşlığa doğru addım atması vacibdir.
Baş nazir əlavə edib ki, ölkə “yetkinlik nümayiş etdirməlidir”. O həmçinin əmin olduğunu bildirib ki, Böyük Britaniya və Avropa İttifaqı münasibətlərin yaxşılaşdırılması naminə qarşılıqlı güzəştlərə nail ola biləcəklər.
Türkanə Məşədiyeva
14:07 02.12.2025
Oxunuş sayı: 1169