Beynəlxalq institut: İran əsas nüvə obyektlərində işləri bərpa edib
Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutunun yeni hesabatına görə, 12 günlük müharibə nəticəsində infrastruktur ciddi zədələnməsinə baxmayaraq, İran Kuh-e Kələng və Taleqan 2 kimi əsas nüvə obyektlərində işləri bərpa edir və təhlükəsizlik sistemlərini gücləndirir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Peyk görüntüləri və beynəlxalq qurumların məlumatları göstərir ki, Tehran xüsusilə Kələng obyektində dərin işləri davam etdirir. Hesabatda Taleqan 2-də “yüksək partlayıcı maddələr üçün silindrik saxlama kamerası” tikintisi qeyd olunur və bunun nüvə silahları ilə əlaqəli strukturlara bənzədiyi vurğulanır.
İsfahan Nüvə Kompleksinin şimal tunel girişində də son görüntülər aktivliyin artdığını göstərir.
Nəzrin Abbas
13:42 02.12.2025
Oxunuş sayı: 960