Floridada ABŞ-Ukrayna danışıqları ərazi məsələlərində nəticəsiz qalıb
Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar əsas ərazi güzəştləri məsələsində irəliləyiş əldə edə bilməyib.
Crossmedia.az bu barədə ABC News-a istinadən xəbər verir.
Məlumata görə, Rusiya cəbhə xətti boyunca atəşkəs rejimini müzakirə etməyə hazır deyil, Ukrayna isə ərazi güzəştlərindən imtina edir.
Tərəflər həmçinin dondurulmuş Rusiya aktivləri, Ukrayna təhlükəsizliyi və seçkiləri mövzularını müzakirə ediblər, lakin ən çətin məsələlərdə hər hansı irəliləyiş qeydə alınmayıb.
Nəzrin Abbas
13:30 02.12.2025
Oxunuş sayı: 1118