Uşakov: ABŞ-nin Ukrayna üzrə planı dəyişikliklərə məruz qalacaq
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ-ın Ukrayna ilə bağlı hazırladığı plan Rusiya, Ukrayna, Avropa və ABŞ tərəfindən dəyişdiriləcək.
Onun sözlərinə görə, Moskvanın tanış olduğu Amerika planının bir sıra müddəaları Rusiyaya məqbul görünür.
Crossmedia.az xəbər verir ki, Uşakovun məlumatına əsasən, Rusiya “Avropa planı” barədə yayılan məlumatları izləyib, lakin həmin plan konstruktiv hesab edilmir və Moskvaya uyğun gəlmir.
Prezident köməkçisi əlavə edib ki, Rusiya ABŞ-dan planı müzakirə etmək üçün üzbəüz görüş keçirməyə dair siqnal alıb, lakin hələlik bu istiqamətdə dəqiq razılaşma yoxdur.
Nastya Qəniyeva
18:47 24.11.2025
Oxunuş sayı: 2677