Kiyev: Trampın planında bütün düzəlişlər bizim istəklərimizə uyğun edilib
Cenevrədəki danışıqların iştirakçısı, Zelenski Ofisinin müşaviri Aleksandr Bevz bildirib ki, Trampın planı tam şəkildə yenidən işlənib və Kiyevin bütün “istəkləri” nəzərə alınıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Ukrayna Prezident Administrasiyasının müşaviri Aleksandr Bevzin sözlərinə görə, bəzi müddəalar sənəddən çıxarılıb, digərləri isə dəyişdirilib və Ukrayna tərəfinin heç bir iradı reaksiyasız qalmayıb.
Onun sözlərinə əsasən, plan ətrafında yayılan “konspirasiya” iddiaları ilə müqayisədə real vəziyyət tamamilə fərqlidir.
Türkanə Məşədiyeva
18:44 24.11.2025
Oxunuş sayı: 2675