Cenevrə danışıqları Kiyevdəki uğursuz görüşdən kəskin fərqləndi
ABŞ və Ukrayna arasında Cenevrədə keçirilən danışıqlar üç gün əvvəl baş tutan “Kiyevdəki uğursuz görüşdən” tamamilə fərqli atmosferdə keçib.
Crossmedia.az The Economist-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında fevral ayında Ağ Evdə baş tutmuş, qalmaqal və münasibətlərin kəskin soyuması ilə nəticələnmiş görüşlə müəyyən paralellər aparılır.
Nəşr yazır ki, ABŞ-nin vitse-prezidenti C.D. Vance yenidən Vaşinqton-Kiyev əlaqələrini pozan fiqura çevrilib və bu dəfə açıq şəkildə Rusiyayönlü hesab edilən plan irəli sürüb. Bildirilir ki, Zelenskiyə şərtləri izah edən şəxs məhz Vance olub və mesaj onun kollec dostu cənab Driscoll tərəfindən şəxsən çatdırılıb.
Senator Marko Rubio həm həmin dövrdə, həm də indi Ukrayna ilə razılığa gəlmək və vəziyyəti sabitləşdirmək üçün intensiv cəhdlər göstərib. O, gərginlik yaşayan senatorlarla təyyarədən əlaqə saxlayaraq planın Rusiyada hazırlanmadığına onları inandırmağa çalışıb. Lakin bir neçə saat sonra Rubio mövqeyini dəyişərək sənədin Amerika mənşəli olduğunu vurğulamağa başlayıb.
19:05 24.11.2025
Oxunuş sayı: 2976