Hindistan illik 2,2 milyon tonluq müqavilə ilə ABŞ-dən LPG idxalını artırır
Hindistan mayeləşdirilmiş neft qazı (LPG) istehlakının təxminən 10%-ni ABŞ-dan idxal etməyə razılaşıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Hindistana Amerika LPG tədarükü üzrə ilk uzunmüddətli və strukturlaşdırılmış müqavilə hesab olunur.
Məlumata görə, razılaşma ABŞ administrasiyasının təzyiqləri fonunda əldə edilib. Donald Tramp administrasiyası Rusiya enerjisi almaqda davam edən ölkələri 500%-ə qədər tariflə cəzalandırmaqla hədələyirdi.
Razılaşmadan sonra Tramp noyabr ayında Rusiya neftinə tətbiq olunan 25%-lik tarifləri ləğv edəcəyini açıqlayıb. Bununla belə, Hindistanın cavab olaraq tətbiq etdiyi rüsumların 2026-cı ilə qədər qüvvədə qalacağı bildirilib.
Hindistan son aylarda ABŞ-yə ixracını da artırıb — oktyabr ayında idxalat 14,5% yüksələrək beş aylıq durğunluqdan sonra ilk artım qeydə alınıb.
Müqavilə çərçivəsində ABŞ tərəfində təchizat Chevron, Phillips 66 və TotalEnergies tərəfindən həyata keçiriləcək. Hindistan daxilində paylanma isə IOCL, BPCL və HPCL şirkətlərinə həvalə olunub.
18:34 24.11.2025
Oxunuş sayı: 2592