Avropa ölkələri Trampın Ukrayna planına düzəlişlər etmək istəyir
Ukraynanın Avropa İttifaqındakı əsas müttəfiqləri ABŞ Prezidenti Donald Trampın hazırladığı sülh planına dəyişikliklər edilməsini tələb edirlər. Məqsəd sənədi Moskva üçün qəbulolunmaz və Kiyev üçün daha əlverişli duruma gətirməkdir.
Crossmedia.az xəbər verir ki, məlumatı “Kommersant” yayıb.
Mənbənin bildirdiyinə görə, məsələ ilə bağlı ilk üçtərəfli məsləhətləşmələr İsveçrədə ABŞ, bir neçə Avropa ölkəsi və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilib.
Avropanın narazılıq doğuran əsas bəndləri bunlardır:
Ukraynanın ərazi bölgüsü ilə bağlı təkliflər
Ukrayna Silahlı Qüvvələrinin ciddi şəkildə azaldılması
Təhlükəsizlik zəmanətlərinin qeyri-müəyyənliyi
Dondurulmuş Rusiya aktivlərinin gələcəyi
Avropa mediası xəbər verir ki, məhz bu dörd maddə Aİ ölkələri üçün ən qəbuledilməz məsələlər hesab olunur.
Aİ-nin təcili sammiti keçiriləcək. Məlumata əsasən, bu mövzuda yekun mövqenin formalaşdırılması üçün Aİ liderləri 24 noyabrda Anqolada keçiriləcək Aİ–Afrika sammiti çərçivəsində təcili toplantı təşkil edəcəklər.
Sülh prosesinin taleyi Ankoric razılaşmalarından asılı olacaq. Xəbərdə qeyd edilir ki, sülh prosesinin gələcək istiqaməti Trampın planının son versiyasında ABŞ və Rusiya liderlərinin Ankoric sammitində əldə etdiyi razılaşmaların qorunub-qorunmamasından asılı olacaq.
Avropanın məqsədi planı balanslaşdırmaq və Ukraynanın maraqlarına uyğunlaşdırmaqdır.
18:20 24.11.2025
Oxunuş sayı: 2379