Putin və Ərdoğan arasında telefon danışığı baş tutub
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Açıqlamaya görə, liderlər Ukraynada mövcud vəziyyəti, xüsusilə də ABŞ-nin sülh planı ilə bağlı məsələləri müzakirə ediblər.
Putin bildirib ki, Moskva tərəfindən nəzərdən keçirilən ABŞ sülh planı yekun sülh nizamlanması üçün əsas kimi qəbul oluna bilər. O, Rusiyanın Ukrayna böhranının siyasi və diplomatik yollarla həllində maraqlı olduğunu bir daha təsdiqləyib.
Ərdoğan isə Türkiyənin danışıqlar prosesinə hər cür dəstək verməyə hazır olduğunu və vasitəçilik üçün İstanbul platformasını təqdim etməyə davam edəcəyini vurğulayıb.
Telefon danışığı zamanı tərəflər Ukrayna məsələsi ilə bağlı müxtəlif səviyyələrdə Rusiya–Türkiyə təmaslarının intensivləşdirilməsi barədə razılığa gəliblər.
Nəzrin Abbas
16:50 24.11.2025
Oxunuş sayı: 2844