Ukrayna üzrə Amerika planı bizə təqdim olunmayıb - Peskov
Moskva Ukrayna münaqişəsinin nizamlanmasına dair ABŞ tərəfindən hazırlanmış planla tanış deyil. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
Crossmedia.az xarici mediaya əsasən xəbər verir.
Peskovun sözlərinə görə, rəsmi Kreml həmin diplomatik təmaslarda müzakirə edildiyi iddia olunan sənədin məzmunu barədə heç bir məlumata malik deyil. O bildirib ki, məzmunu bilinməyən və rəsmi şəkildə təqdim olunmayan bir sənədi KİV-də yayılan məlumatlara əsaslanaraq müzakirə etmək doğru və mümkün deyil.
Türkanə Məşədiyeva
15:25 24.11.2025
Oxunuş sayı: 2356