Trampın sülh planı üzrə razılaşma mümkündür - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planı üzrə razılaşma prinsipsial olaraq mümkündür. Lakin onun sözlərinə görə, əsas məsələ bu planın necə həyata keçiriləcəyidir.
Crossmedia.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Ərdoğan vurğulayıb ki, hər hansı razılaşma yalnız sənəd “hər iki tərəfin qanuni gözləntilərini və təhlükəsizlik tələblərini” nəzərə aldığı halda mümkün ola bilər və bölgədə yeni risklər yaratmamalıdır.
“Bu plan üzrə razılığa gəlmək olarmı? Bəli, olar. Əsas sual bunun necə olacağıdır. Əgər bütün tərəfləri qane edəcək çərçivə hazırlanarsa, bu, uzunmüddətli həll yolunun açılmasına səbəb ola bilər”, — deyə Türkiyə lideri qeyd edib.
Günel Verdiyeva
15:22 24.11.2025
Oxunuş sayı: 2382