İran rəsmisi: Xameneyi ABŞ ilə danışıqlarda qırmızı xətti dəqiq müəyyən edib
Ölkənin ali rəhbəri Əli Xameneyi ABŞ ilə mümkün danışıqlar üçün qırmızı xətti açıq şəkildə müəyyən edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Məsləhət Şurasının üzvü Səffar Herəndi dövlət televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu xətt artıq hakimiyyətin rəsmi və ümumi siyasəti kimi qəbul olunur.
Herəndi qeyd edib ki, cəmiyyətin böyük bir hissəsi də bu mövqeyi anlayır və prezident dəfələrlə Xameneyinin müəyyən etdiyi siyasəti aşmayacağını vurğulayıb.
O, bu yanaşmanı “milli maraqlara uyğun mövqe” kimi dəyərləndirib.
23:04 23.11.2025
Oxunuş sayı: 706