İran XİN Pezeşkianın Səudiyyə vəliəhdinə göndərdiyi məktuba açıqlama gətirib
Ölkə prezidenti Məsud Pezeşkianın Səudiyyə Ərəbistanı vəliəhdinə göndərdiyi məktub siyasi məzmun daşımır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə dünən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, bu, yalnız Həcc ziyarəti mərasimi ilə bağlı qarşılıqlı münasibətlər çərçivəsində göndərilən adi təşəkkür məktubudur.
Məktubda ötənilki Həcc ziyarətində göstərilən xidmətlərə görə Səudiyyə tərəfinə minnətdarlıq ifadə olunduğunu deyən Bəqayi vurğulayıb ki, builki mərasimin də yüksək səviyyədə keçirilməsi üçün əməkdaşlığın davam etdirilməsinə ümid bəsləyir.
Beqayi əlavə edib ki, məktubun göndərilməsi, Həcc və Ziyarət Təşkilatının yeni rəhbərinin Səudiyyə Ərəbistanına səfəri ilə əlaqədar olaraq, rəsmi təşəkkürün çatdırılması məqsədi daşıyırdı.
13:53 24.11.2025
Oxunuş sayı: 2312