Çağoyan keçmiş prezidentləri Ermənistan ordusuna biganə qalmaqda ittiham etdi
Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çağoyan ölkənin keçmiş prezidentlərini ordunun vəziyyətinə münasibətləri səbəbilə tənqid edib.
Bu barədə Crossmedia.az xəbər verir.
“Keçmiş, nüfuzdan düşmüş prezidentlərin heç biri ordumuzun nailiyyətləri ilə tanış olmaq istəyi göstərməyib”, – deyə o, Facebook-da yazıb.
Çağoyan isə Ermənistan ordusunun hansı “nailiyyətlərindən” söhbət getdiyini dəqiqləşdirməyib.
Türkanə Məşədiyeva
12:45 24.11.2025
Oxunuş sayı: 2427