Ermənistan Qara dəniz enerji kabeli layihəsində iştirakını sənədləşdirməyib
Ermənistan Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan enerji kabeli layihəsində iştirakını hələ də rəsmi olaraq təsdiqləməyib. Bu barədə ölkə mediası Yüksək Texnologiyalar Sənayesi Nazirliyinə istinadən məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, Nazirliyin məlumatına əsasən, layihə ilə bağlı qurum tərəfindən hər hansı sənəd və ya memorandum imzalanmayıb.
Xatırladaq ki, Azərbaycanı və Rumıniyanı Gürcüstan üzərindən birləşdirəcək, sonradan Macarıstanın da qoşulması planlaşdırılan sualtı enerji kabeli layihəsi bir neçə ildir gündəmdədir. Ermənistan isə bu təşəbbüsə rəsmi marağını yalnız 2023-cü ilin oktyabrında nümayiş etdirmişdi.
Nastya Qəniyeva
12:40 24.11.2025
Oxunuş sayı: 2687