DOGE agentliyi ləğv edildi
ABŞ-də biznesmen Elon Mask tərəfindən yaradılan Hökumət Səmərəliliyi Departamenti (DOGE) fəaliyyəti başa çatmasına səkkiz ay qalmış ləğv edilib. Bu barədə ABŞ Kadrlar İdarəsinin direktoru Skott Kupor Reuters-ə açıqlama verib.
Crossmedia.az Reutersə istinadla xəbər verir ki, Kupor bu barədə bildirib:
"Bu artıq mövcud deyil. DOGE mərkəzləşdirilmiş qurum deyil".
DOGE-nin ləğvindən sonra agentliyin bir sıra funksiyaları OPM tərəfindən öz üzərinə götürülüb.
Qurumun niyə vaxtından əvvəl bağlandığı barədə əlavə məlumat verilməyib.
Nigar Yahyazadə
11:48 24.11.2025
Oxunuş sayı: 2329