Makron könüllü hərbi xidmət sistemi elan edə bilər
Fransa prezidenti Emmanuel Makronun ölkədə könüllü hərbi xidmət proqramının tətbiqini elan etməsi gözlənilir. Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Fransa hökuməti hər il 10 min–50 min nəfər arasında könüllü çağırışçı qəbul etməyi planlaşdırır. Proqramın hədəfi ölkədə vətəndaş hazırlığını gücləndirmək və gənclərin milli müdafiədə iştirakını artırmaqdır.
Bildirilir ki, yeni xidmət modelinin müddəti 10 aya qədər ola bilər və iştirakçılar üçün bir neçə yüz avro xərc tələb edəcək.
Rəsmi qərarın 27 noyabrda Makron tərəfindən açıqlanacağı gözlənilir.
Nigar Yahyazadə
11:38 24.11.2025
Oxunuş sayı: 2162