Tehranda hava çirkliliyi kritik həddə çatıb
Tehran sakinləri uzun müddətdir davam edən güclü smog səbəbindən nəfəs almaqda çətinlik çəkir. Monitorinq məlumatlarına görə, 20 mart–23 noyabr 2025-ci il aralığında şəhərdə cəmi 6 gün hava təmiz olub.
Crossmedia.az bu barədə İran mediasına istinadən xəbər verir.
Hesabata əsasən, 106 gün həssas qruplar üçün zərərli, 8 gün “zərərli”, 2 gün “çox zərərli”, 6 gün “təhlükəli” hava şəraiti qeydə alınıb.
Beləliklə, ilin yarısından çox müddətdə Tehranın havası risk qrupları üçün təhlükəli sayılıb.
İran mediası qeyd edir ki, paytaxt sakinlərinin sağlamlıq vəziyyəti hər keçən gün daha da pisləşir.
Günel Verdiyeva
10:59 24.11.2025
Oxunuş sayı: 2197