İran kəşfiyyatı Xamneyiyə qarşı sui-qəsd cəhdləri barədə xəbərdarlıq edib
İranın Kəşfiyyat Naziri Seyid İsmail Xətib ABŞ və İsrailin “ölkədə sabitliyi pozmaq” üçün ali rəhbər Xameneyiyə sui-qəsd cəhdləri barədə məlumat verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Düşmən ali rəhbəri aradan götürməyə çalışır və bu gün ölkə daxilində gah sui-qəsd cəhdləri, gah da düşmən hücumları ilə ölkənin birliyinə, qələbəsinə, tərəqqisinə, sabitliyinə, möhkəmliyinə zərbə vurmaq üçün addımlar atır. Şübhə etmirik ki, bilərəkdən və ya bilməyərəkdən bu cür cəhdlər edənlər düşmənin ən təsirli agentləridir.
ABŞ və İsrail İran xalqının maraqlarına, dövlətin birliyinə və suverenliyinə qəti şəkildə ziddir”,- o, qeyd edib.
22:56 23.11.2025
Oxunuş sayı: 3559